ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton jurnalistlərə  özünü yaxşı hiss etdiyini bildirib.

RİA Novosti xəbər verir ki, Klinton sentyabrın 16-da Şimali Karolinada çıxışı zamanı jurnalistləri maraqlandıran bütün sualları cavablandıracağını vəd edib.

“Mən özümü əla hiss edirəm, sağ olun!”, – deyə Klinton təyyarəsinin göyərtəsində KİV nümayəndələrinə bildirib.

Demokratlar Partiyasından prezidentliyə namizəd digər suallara cavab verməkdən boyun qaçırıb.