Dünyanın ən yaxşı meşə işçiləri Polşada bir araya gəliblər.

AzEuroNews Euronews-a istinadən xəbər verir ki, Visla şəhərində təşkil olunan yarışa dünyanın 28 ölkəsindən 113 iştirakçı qatılıb.

1970-ci ildən təşkil olunan müsabiqədə iştirakçılar mişarla öz məharətlərini göstərirlər. Onlar müxtəlif çətinlikli tapşırıqları yerinə yetirərək öz qabiliyyətlərini nümayiş etdirirlər.

Bu il 32-ci dəfə təşkil olunan çempionata dünya ölkələrindən maraq getdikcə artmaqdadır.