Fransada maraqlı hadisə yaşanıb.

AzEuroNews “L’Est Republicain”-a istinadən xəbər verir ki, hadisə cinayət tərkibli olsa da, fərqliliyi ilə yaddaşlarda qalıb. Ölkənin şimalında bir evə girən 2 oğrunu görən hadisə şahidi onlardan birinin “Ronaldonun əkizi kimi idi” deməsi lə cinayətin açılmasına şərait yaradıb.

Onun sözləri əsasında cinayətkarın foto robotu hazırlanıb. Oğrular hadisə yerindən qaçsalar da, 2 gün sonra onlardan biri, Ronaldonun 21 yaşlı oxşarı fransız polislər tərəfindən yaxalanıb.

“Bəxtsizliyi” ucbatından Ronaldoya oxşayan gənc evə oğurluq etmək üçün deyil, yatmağa yer tapmaq üçün girdiyini söyləyib.