Moda dünyasında köklüyü ilə məşhurlaşan modellərdən biri də İskra Lourensdir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 175 santimetr boyu olan İskranın çəkisi 87 kiloqramdır.

25 yaşlı gözəl İnstaqramda paylaşdığı fotolardan sonra məşhurlaşaraq moda dünyasına addım atıb. O, çox əziyyət çəkdiyini, insanların onu hər zaman lağ hədəfinə çevirməsini tez-tez xatırladır. Lourens hazırda bloqqer Qabi Freşlə işləyir. Onlar birlikdə reklam kampaniyası hazırlayaraq kök qadınları öz bədənləri ilə barışıq olmağa səsləyirlər.

Nyu-York Moda Həftəsində ilk dəfə podium təcrübəsi yaşayan gənc qız keçmişi haqda belə danışır:

“Çox ağır pəhrizlər saxladım, yoxlamadığım yol qalmadı. Amma arıqlaya bilmədim. Bir dəfə kök modellərlə işləyən agentliyə getdim. Mənə dedilər ki, yetəri qədər kök deyiləm. Onda qışqırdım ki, “Mənimlə zarafat edirsiniz? Mən 6 ildir arıqlamaq üçün nə əziyyətlər çəkmişəm”. Bundan sonra mübarizəmin səhv istiqamətdə olduğunu anladım. Özümlə yox, yolumdakı əngəllərlə mübarizə aparmağa başladım”.

Sosial şəbəkədə hər zaman effektsiz fotolar paylaşan İskra bəzən sərt şərhlərlə də rastlaşdığını bildirir:

“Karyeramın ilk illərində hamı mənə lağ edirdi. Elə indi də yazırlar ki, “İyrəncsən”, “Çox çirkinsən”… Bəzən bunlara görə pis oluram. Çünki bu mənə qarşı deyil, mənim kimi olan bütün qadınlara təhqirdir”.

Lakin İskra bütün bunlara rəğmən karyerasında ardıcıl uğurlar qazanır.

qiz-azeuro-2qiz-azeuro-3