Məşhur aktyor Tom Kruz “Çətin tapşırıq” filminin 6-cı hissə üçün kameralar önünə keçməyə hazırlaşır.

2017-ci ilin yazında başlanacaq çəkilişlərdən öncə aktyor filmi ərsəyə gətirən “Paramount” şirkətinə tələblərini irəli sürüb.

Belə ki, aktyor çəkilişlərdən aldığı fantastik məbləğin az olduğunu qeyd edərək , film yayımlandıqdan sonra əldə olunan gəlirdən müəyyən faiz istəyib. Şirkət Tom Kruzun bu istəyi ilə razılaşıb.