Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ prezidentliyinə namizəd Hillari Klinton ilə görüşüb.

Məlumata görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko özünün “Tvitter” səhifəsində yazıb.

P.Poroşenko BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

Qeyd edək ki, Baş Assambleyanın sessiyasında iştirak etmək üçün Nyu-Yorka 130 dövlət və hökumət başçısı, 50 XİN rəhbəri səfər edib.