Rövşən Lənkaranski
Rövşən Lənkaranski

“Qanun” Nəşrlər Evində yeni kitab satışa göndərilib. Bu Bəhram Çələbinin “Rövşən Lənkəranski” adlı kitabıdır.

Məlumata görə, bu kitab kriminal aləmdə sanballı avtoritetlərdən biri – “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Rafiq oğlu Canıyevin həyat və fəaliyyətindən bəhs edir. Müəllif xatirələri toplamaq üçün Rövşən Canıyevi tanıyıb-bilənlərlə görüşüb, onların söylədiklərini bir araya gətirməyə çalışıb.

Gənc olmasına baxmayaraq, kriminal aləmdə xüsusi çəkisi olan Rövşən Lənkəranski yalnız MDB məkanında deyil, Türkiyə, BƏƏ, İsrail və İtaliyada da hörmətli avtoritet kimi ad çıxarıb. O, son on ildə dostları ilə oturduğu məclislərdə Sabirabadlı Hikmətdən dərs götürdüyü haqqında danışmağı sevər, onu öz müəllimi adlandırardı. Rövşən kriminal aləmin lideri olmaq iddiasını açıq-aşkar bildirməsə də, daim buna can atırdı. Lənkəranskini kriminal karyerasının zirvəsinə aparan yol qısa olub və o, inamla, qəti addımlarla Olimpə doğru irəliləyib. Tac aldıqdan azacıq sonra İvankov, Ded Xasan, Mir Seymur, Hikmət və bir çox gürcü klassik oğruları ilə isti münasibət qurmağı bacarmışdı. Çox təəssüf ki, taleyi də onlarınkı kimi oldu – killer gülləsindən dünyasını dəyişdi.