Əfqanıstan Silahlı Qüvvələrinin havadan endirdikləri zərbələr nəticəsində terrorçu İŞİD qruplaşmasının 29 silahlısı öldürülüb.

“Khaama Press” xəbər verir ki, hökumət qüvvələri ölkənin şərqində yerləşən Nanqahar əyalətinin Xaska Mina, Kot, eləcə də Açin qəsəbəsini bombalayıb.

İnformasiyaya görə, əməliyyat zamanı yerli sakinlər və təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin iştirakı ilə iki aya yaxındır Nanqahar əyalətində terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyat keçirilir.