Çinin Şandun vilayətinin Yantay şəhərində yerləşən kimya zavodunda partlayış baş verib.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Yerli dövlət orqanlarının agentliyə verdiyi məlumata görə, “Wanhua” şirkətinin zavodundakı qurğulardan birinə texniki baxış zamanı qəbuledici partlayıb. Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Polis hadisənin başvermə səbəblərini araşdırır.