Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda sentyabrın 21-də günortadan sonra başlayan şiddətli yağış böyük dağıntı və tələfat yaradıb.

Bir neçə dəqiqə ərzində küçə və meydanlarda bir metrdən hündür sel yaranıb. İki nəfər həlak olub. Sel avtomobilləri aparıb. Şəhər təsərrüfatına ciddi ziddi ziyan dəyib.