Gürcüstanın qərbində 4,9 bal gücündə zəlzələ olub.

Bu barədə İlya Dövlət Universitetinin Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Xəbərdə bildirilib ki, yeraltı təkanların mərkəzi Qara dənizin Gürcüstan sahillərindən 44 km aralıda qeydə alınıb.

Dağıntı və xəsarətlə bağlı məlumat verilməyib.