ABŞ-da bir qrup keçmiş diplomat Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı açıq məktubla çıxış edib.
“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, “The Washington Post”a ünvanlanan müraciətdə keçmiş səfir və dövlət departamentinin yüksək rütbəli əməkdaşları yer alıb.
Müraciətdə Trampın “prezident və ali baş komandan postuna” layıq olmadığı qeyd edilib.
Qeyd edək ki, daha əvvəl isə 90 ehtiyatda olan general və admiral Trampa dəstək verib.