Oksford Universitetinin mütəxəssisləri bir sıra eksperimental tədqiqatlar apardıqdan sonra sensasiyalı bəyanatla çıxış ediblər.

“Qafqazinfo” ict.az-a istinadən xəbər verir ki, alimlər təxminən 50 ildən sonra süni intellektin Yer kürəsində filmlərdə göstərildiyi kimi bəşər övladını tam məhv edəcəyini açıqlayıblar. Süni intellektin yaxın gələcək üçün perspektivlərinə insan şüurundan tam üstün olmaqla sürətli templərlə inkişaf daxildir.

Tədqiqat xarakterli qiymətləndirmə işləri alimlərin süni intellekt texnologiyasının inkişaf ilə bağlı fərziyyələrini təsdiq edib. Mütəxəssislərin qənaətinə görə, 2022-ci ildə robotlar biznes, müəssisə, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən insanları qismən əvəz edəcək.

Alimlər artıq müstəqil şəkildə inkişaf edən süni intellektin təşəkkülünün qarşısını almaq iqtidarında olmadıqlarını təəssüf hissi ilə qeyd ediblər.