Geridə qalan 2 mövsümdə hər seriyası ilə rekord qırmış “Diriliş Ertuğrul” serialı oktyabrda 3-cü mövsümünə başlayacaq.

AzEuroNews trt1-ə istinadən xəbər verir ki, 62-ci seriya ilə ekranlara gələcək ekran işinin ilk videosunda “Ertuğrul”un obası ilə birlikdə yeni yurda yerləşdiyi görünür.

Engin Altan Düzyatanın canlandırdığı “Ertuğrul”, obasını monqol bəlasından xilas etdikdən sonra indi də bizanslılarla mübarizəyə başlayacaq və daimi yaşayış məskəni qurmağa çalışacaq.