Müğənni Elçin Cəfərov “Sözüm ona” adlı mahnısına çəkdirdiyi klipini media nümayəndələrinə təqdim edib. Məlumata görə, mərasimə şou-biznesin tanınmış simaları da qatılıb.
Səbəbkar tədbirdə yeni işindən danışaraq klipin bəyəniləcəyinə inandığını deyib. O bildirib ki, ekran işində açıq-saçıq səhnələr yer alıb:“Bu cür səhnələrin olması rejissorun fikri idi”.
E.Cəfərov tədbirdə canlı mahnılar səsləndirib.
Ekran işini Cəlal Kəngərli ekranlaşdırıb. Mahnının sözləri Azər Şirinə, musiqisi ifaçının özünə məxsusdur.