Belə qənaət sağlamlığınız bahasına başa gələ bilər!

İnsafsız satıcıların müştərilərə saxta məhsulları satması aktual problemlərdən biri olaraq qalır.

Saxta ilə orijinal kosmetik məhsulları bir-birindən fərqləndirən əlamətləri təqdim edirik.

1. İlk növbədə yadda saxlayın ki, brend kosmetika heç vaxt aşağı qiymətə satıla bilməz. Axı heç bir mağaza öz ziyanına işləməz. Saxta malın qiyməti isə çox ucuz olur. Odur ki, şübhəli satış nöqtələrindən kosmetika almayın. Təəssüf ki, saxta mallara hətta sanballı mağazalarda təsadüf etmək olar. Ona görə də yaxşı olar ki, məhsulu almazdan əvvəl  brendlərin rəsmi saytına daxil olub, sertifikatlaşdırılmış satış nöqtələrinin yerini öyrənin. Ən yaxşı çıxış yolu kimi mağazadan aldığınız kosmetik məhsulların sertifikatını tələb edin. Vicdanlı satıcı heç bir problem olmadan bunu edəcək.

kosmetika-azeuro-1

2. Məhsulun qablaşdırmasının dizaynına diqqət edin. Hətta brend məhsulun saxta versiyasını çıxaran istehsalçılar da yazıların keyfiyyətində, ölçüsündə, rəngində və parlaqlığında, həmçinin şriftlərdə və s. xırda detallarda səhvə yol verir.

kosmetika-azeuro-2

3. Ətriyyat kimi göz kölgələrinin nömrəsi həm plastik korpusun, həm də məhsulun qablaşdırmasının üstündə qeyd olunur, bu nömrələr üst-üstə düşməlidir. Ştrix-kodu sözügedən  istehsalçı ölkəyə uyğun olmalıdır.

kosmetika-azeuro-3

4. Rənglərin palitrasını kosmetika brendinin rəsmi saytından öyrənin. Saxta istehsalçılar əksər hallarda orijinal variantlarda olmayan rəngləri uydurur.

kosmetika-azeuro-4