Birləşmiş Ərəb Əmirliklərində taksi sürücüsü müştərisinin maşında unutduğu içində 500 min dollar olan çantanı yiyəsinə qaytarıb. Pakistanlı taksi sürücüsü çantanı gördükdən dərhal sonra polislə əlaqə saxlayıb.

Xəbərdə deilir ki, çantanı qaytarmağına görə taksi sürücüsünə 820 dollar mükafat verilib.

Qeyd olunur ki, keçən il də bu taksi sürücüsü İranlı müştərisinin taksidə unutduğu içində 13 min dollar olan çantanı yiyəsinə qaytarıb.