Meksika körfəzində 168 min barel xam neft daşıyan “El Burgos” tankerində partlayış baş verib.
Məlumata görə,  hadisə ölkənin Verkruz limanı yaxınlarında baş verib.
Partlayışdan sonra tankerdə yanğın başlayıb. Yanğını söndürmək üçün hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tankerin 31 nəfərlik heyətini xilas edib.
Məlumata görə, partlayışın baş vermə səbəbi məlum deyil.
Tankerin Meksikanın “Remeks” dövlət şirkətinə məxsus olduğu bildirilib.