ABŞ-ın prezidentliyə namizədləri bu gün ilk dəfə üzbəüz debata çıxacaqlar.

Namizədlər Hillary Klinton və rəqibi Donald Tramp-ın ilk debatı sentyabrın 26-sı, yerli vaxtla axşam saat 9-da Hofstra Universitetində baş tutacaq.

Teledebatı 90 milyona qədər tamaşaçının izləyəcəyi gözlənir.

Qeyd edək ki, Amerikada prezident seçkisi noyabrın 8-də keçiriləcək. İndi seçkiqabağı kampaniyanın son mərhələsi başlayıb və qaydaya görə, namizədlər daha iki dəfə üzbəüz debata qatılmalıdırlar.