İtaliyalı həkimlər xəstənin sağ böyrəyi əvəzinə sağlam sol böyrəyini çıxarıblar.

Hadisə İtaliyanın şimalında yerləşənVicevano şəhərində baş verib.

Belə ki, həkimlər 78 yaşlı kişiyə emeböyrək xərçəngi diaqnozu qoyublar. Daha sonra o, əməliyyat olunub.

Əməliyyatdan sonra kişi dəfələrlə həkimlərə müraciət edərək vəziyyətinin yaxşılaşmadığını bildirib.

Xəstəxanada artıq istintaq işləri başlayıb.

Rəhbərlik 78 yaşlı kişinin bütün müalicə kursu üçün lazımi gəlirləri öz üzərinə götürüb.