İnsan yaşa dolduqca günün çox hissəsini divanda, kresloda keçirir. Əsasən də bu, qadınlara aiddir. Ancaq 95 yaşlı danimarkalı nənə heç də belə düşünmür.

AzEuroNews eurosport.ru-ya istinadən xəbər verir ki, ağbirçək 60 kq-lıq ştanqın öhdəsindən məharətlə gələrək hələ də gümrah olduğunu göstərib. Hadisə ABŞ-ın Tamp şəhərində yerləşən trenajor zallarından birində gerçəkləşib. Nənəyə rəfiqəsi nəzarət edib.