Normadan artıq yağ, duz, şəkər  istifadə edən insanlar çox zaman qan təzyiqi və  infarkt kimi problemlərlə üz-üzə qalırlar. Dietoloqlar kilo almamaq və səhhətində heç bir problemlə qarşılaşmamaq üçün həmin insanlara iki qidanı daha çox tükətmələrini tövsiyyə edir.  Bunlardan biri limon digəri isə sirkədir.

AzEuroNews milliyet-ə istinadən xəbər verir ki, limon antioksidant olan C vitamin ilə zəngin olduğundan ətin tərkibindəki oksidantları azaldır,  yağ kalorisini əridir, bədəni dizinfeksiya edir, selülitlə  mübarizdə yardımçı olur. Limonun suyunu sıxaraq, yeməkdən sonra içə bilər və ya limon qabığını salatlarda istifadə edə bilərsiz.

Limonun faydalarından danışarkən, önəmli bir nüansı da qeyd etmədən keçə bilmərik.  Limon istifadə edərkən qanda durulma faizi artdığından qan durulundan təzyiq dərmanı istifadə edən insanlar buna fikir verməli, günlük limon normasını həkimlə məsləhətləşməlidirlər.

Yuxarıda qeyd etdiyimiz ki, çox istifadəsi zamanı insan səhhətində problem yaradan qidalardan biri də şəkərdir. Xüsusilə şəkər xəstəliyindən əziyyət çəkən insanlar bu qidanı istifadə edərkən diqqətli olmalıdırlar. Dietoloqlar bunun üçün insanlara şəkər istifadəsini azalmalarını, şirniyyatlardan sonra sirkə və ya darçınlı süd içmələrini tövsiyə edirlər.