İnanmayacaqsınız, 16 yaşlı məktəbli və ayda 1200 dollar qazanc…

Reallığa uyğun olmasa da,  bu faktdır və ayda bu qədər pul qazanan məktəbli Bakıda yaşayır, adı Əlidir.  Çoxları kimi o da internetdən əvvəlcə əyləncə vasitəsi kimi istifadə edib. Amma günlərin birində baxış da dəyişib, əməl də. Əli internet bilgisindən səmərəli istifadə etmək qərarına gəlib və  bu qərarını əməli işə çevirməyə başlayıb. Hətta bu işə sosial şəbəkə vasitəsilə tanış olduğu kanadalı Şeyn Alanı da cəlb edib. Dostlar milyonlarla izləyici olan “Youtube” kanal açıblar. Bu kanalda proqram yaratmaq barədə ingilis dilində izahlı videolar paylaşıblar.

Qısa zamanda açdıqları kanal məhşurlaşıb. İzləyicilərin sayı 1 milyonu ötən kimi xarici şirkətlərdən reklam təklifləri gəlməyə başlayıb. İlk olaraq dostlar ayda 600  dollar gəlir götürüblər. İndi bu məbləğ 1200 dollara çatıb.

Diqqət çəkən məqam odur ki, Əli qazancını öz təhsilini artırmaq üçün xərcləyir. Əlavə dərs vəsaitləri əldə edir, imtahanlara hazırlaşır.