Maraqlı keçən qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqlənib 2-2.
Oyundan sonra “Real”ın ulduz futbolçusu Ronaldo ilə türkiyəli gənc futbolçu Emre Morun söhbəti diqqət çəkib. Ronaldo Mora – “Səndə öz gəncliyimi görürəm” – deyib.
Dortmundun 19 yaşlı gənc ulduzu öz Twitter hesabında Ronaldo ilə fotosunu paylaşaraq bu sözləri yazıb:  “Həyatınızı arzulamayın. Xəyalınızı yaşayın”. Məni hər gün motivasiya edən sözlər üçün sağ ol, Kristiano”.