Amerikalı iş adamı Elon Musk 10 il ərzində Marsda həyat quracağını açıqlayıb.

Musk Marsa uçuş biletinin 200 min dollar olacağını və gedənlərin bu planetdə salınmış yaşayış sahəsində qalacağını bildirib.

Böyük plana 10 milyard dollar sərmayə lazım olduğunu deyən iş adamı səyahət zamanı yeni texnologiyaların köməkliyi ilə bu məbləği azaltmaq istədiklərini qeyd edib.

Məlumata görə, kosmik gəmi 100-200 nəfəri Marsa apara biləcək.