Türk mühəndislər 8 ay ərzində çalışaraq yeni qatlanan robot maşın istehsal ediblər.

AzEuroNews xəbər verir ki, “Letrons” adı verilən və ”BMW”-ni robota çevirmə üsulu ilə ərsəyə gətirilən bu modelin yaxın gələcəkdə satış bazarlarına girəcəyi gözlənilir. Avtomobilin bir sıra fərqli xüsusiyyətləri var. Rəqs edə, danışa, komandaları anlaya və  əl-qolunu, başını hərəkət etdirə bilən maşın görənlərin təəccübünə səbəb olur.

Uzaqdan verilən komanda lə idarə edilən avtomobil həm də verilən suallara səsli olaraq cavab verə bilir. Saatda 20 km sürətlə hərəkət edən və yüksək maliyyə xərcləri hesabına başa gələn maşını bir müddət sonra magistrallarda görsəniz, təəccüblənməyin.