Tərkibində portağaldan dörd dəfə çox C vitamini olan quava meyvəsi orqanizmi infeksion xəstəliklərdən müdafiə edir. Elə bu səbəbdən bu bitkiyə tələbat artıb.

Ttropik bitki sayılan quavanın vətəni əsasən Cənubi Amerika hesab edilsə də, lənkəranlı Ələddin Hüseynov onu yerli iqlimdə yetişdirə bilib.

Təsərrüfat sahibi xaricdən gətirdiyi bitkini çoxaldaraq hər bir ağacdan 35-40 kiloqram məhsul əldə edir.

Çox tez məhsul verən quava ağacı may ayında çiçəkləyir və meyvələr mərhələlərlə yetişərək sentyabr-noyabr aylarında yığılır.

Şirinliyi ilə seçilən quavadan mürəbbə, kompot və şirələr də hazırlanır.

quava-azeuro-1 quava-azeuro-3