“Yüksek sosyete” serialında “Cansu” obrazını canlandıran Hazar Ergüçlü yeni filmdən baş rol təklifi alıb.

Məlumata görə, 24 yaşlı aktrisa Nuri Bilge Ceylanın “Ahlat ağacı” filmində oynayacaq.

Hazarın hansı obrazı canlandıracağı bilinməsə də, onun baş roldakı tərəf müqabilinin adı “Sinan” olacaq. Filmin çəkilişlərinin yaxında başlayacağı bildirilir.

Nuri Bilge deyib ki, film ata və oğulun eyni taleyi yaşamasından bəhs edəcək.