İstanbulun 39 rayonunda əməliyyat keçirilir.

Milliyet xəbər verir ki, əməliyyata müxtəlif güc strukturlarının 5 mindən çox əməkdaşı qatılıb.

Genişmiqyaslı reyd terror, narkotik və mütəşəkkil cinayətkarlıqla bağlı keçirilir.

Şəhərdə şübhəli maşın və şəxslər saxlanılır. Əməliyyata havadan helikopterlər  dəstək verir. Dəniz polisi də əməliyyata qoşulub. Dənizdə özəl qayıq və yaxtalar saxlanılaraq, yoxlanılır.

Əməliyyata İstanbul polisinin Təhlükəsizlik Müdiri Mustafa Çalışqan rəhbərlik edir.