Britaniyanın xarici işlər naziri Boris Conson Suriya problemini şərh edib.

Britaniyalı nazir Rusiyanın bu ölkədəki siyasətini sərt tənqid edərək Moskvanın bu siyasətdən əl çəkməsə dünyadan təcrid olacağını bildirib.

“Dünya birliyinin Rusiyaya olan münasibəti pisləşməkdə davam edir. Bunun nəticəsində Rusiya “qulyabanı” bir dövlətə çevriləcək. Əgər ruslar hazırkı aqressiv siyasətlərini davam etdirsələr dünya ictimaiyyətinin daha çox nifrətini qazanacaqlar”, deyə Boris Conson vurğulayıb.