Fransanın paytaxtı Parisin hotellərindən birində qalan Kim Kardaşyan naməlum şəxslərin hücumuna məruz qalıb.

Parisə Moda həftəsində iştirak etmək üçün gələn Kardaşyanın qaldığı hoteldəki nömrəsinə bir qrup maskalı şəxs daxil olub və onu hədələyiblər.

CNN kanalının məlumatında hadisənin detalları haqda məlumat verilməsə də, Kardaşyanın bərk qorxduğu bildirilir. Daha sonra maskalılar erməni porno-ulduzun nömrəsini tərk ediblər.