“Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldo “Pestana CR7” brendi ilə növbəti otelini açıb.

Məlumata görə, ulduz futbolçu Lissabonda 4 ulduzlu otelinin açılışında iştirak edib. O, gələcəyini düşündüyü üçün öz biznesini qurduğunu bildirib: “Həyat sadəcə futboldan ibarət deyil. Futbol mənim ehtirasımdır. Amma gələcək barədə düşünmək də lazımdır. Mənim futbol karyeram Lissabonda başlayıb. Burda 7 il keçirmişəm. Bu şəhərdə otel açmaq imkanını əldən verə bilməzdim”.

Xatırladaq ki, daha öncə portuqalyalı hücumçu dünyaya gəldiyi Funşal şəhərində də otel açmışdı.