Hillari Klinton rəqibi Donald Trampı ABŞ-ın qoyduğu sanksiyaları saya salmadan İran ilə əməkdaşlıq etməkdə suçlayıb.

İranın `Press TV` kanalı xəbər verir ki, Hillari Klintonun açıqladığı dosyedə Trampın İranla əlaqləri ifşa olunur. Sənəddə bildirilir ki, Tramp Nyu-Yorkda İranın “Bank Melli” bankı üçün yer icarəyə götürübmüş. Ofis Manhettendə, Beşinci Avenyüdə, “General Motors” binasının 44-cü mərtəbəsində yerləşirmiş.

“Trampın nəzarətində olan təşkilatın İran bankı ilə əməkdaşlığı göstərir ki, onun biznes maraqları hər şeydən üstündür və seçkiqabağı mübarizədə dediyi sözlər əməlləri ilə üst-üstə düşmür. Söhbət dollardan gedəndə Tramp hamı ilə iş birliyinə hazırdır”,- deyə hesabatda vurğulanır.