ABŞ-ın “BuzzFeed” portalı Mark Zukerberqin “Facebook” hesabını sındıran şəxsin kimliyini müəyyən edib.

Bu şəxs Səudiyyə Ərəbistanın Ciddə şəhərində yaşayan məktəbli Əhməd Makkidir. Əhməd Makki “OurMine” haker qrupunun üzvüdür. Bu haker qrupunun üzvləri “Google”, “Uber”, “Spotify”, “Pokemon Go” rəhbərlərinin sosial şəbəkə hesablarının sındırılması ilə tanınıb.

Hakerin izinə [email protected] emailindən çıxaraq düşüblər. Emaildə qeydiyyatdan keçmiş “İnstagram” hesabındakı fotodan onun hansı haker qrupuna məxsus olduğu üzə çıxarılıb. Gənc haker “YouTube”dakı hesabında “Sony” prezidentinin hesabını necə sındırdığını izah edir.