Dünya üzrə səyahət etmək, çəkdiyin şəkillərə, macəralı səyahət təəssüratlarına görə pul qazanmaq olar. AzEuroNews adme.ru-ya istinadən xəbər verir ki, dünyanın 20 jurnalı böyük həvəslə sizin yol qeydlərinizi, fotoreportajlarınızı, səyahət məsləhətlərini dərc etməyə hazırdır. Bunun üçün yazınızın ingilis dilinə tərcümə etməyiniz kifayətdir. 

National Geographic Traveler

Tanınmış turizm jurnalı maraqlı şəhər və ölkələrdən hekayə və fotoreportajları həqiqətən qəbul etməyə hazırdır.Əsas meyar-keyfiyyət və fərqlilikdir.

Ödəniş kəmiyyətdən asılıdır.

gezinti-menzere-azeuro-1

Travelicious

Yeni başlayanlar üçün ən yaxşı seçimdir. Burada iş təcrübəsi tələb edilmir. Hekayələr dünyanın  hər bir yerindən qəbul edilir. Ödəniş: bir yazı üçün 40$

Road and Travel

Bu jurnal avtomobil ilə səyahət etməyi sevənlərin maraqlı hekayələrini dərc edir.

Ödəniş: bir yazı üçün100$

Transitions Abroad Magazine

Bu nəşr xarici dövlətdə yaşayanlar üçündür. Jurnal insanların başqa ölkələrdə mədəni və sosial uyğunlaşması haqqında hekayələrə üstünlük verir.

Ödəniş: 800–2000  sözlük yazı üçün 50–150$

Matador Travel

Sayt dünyada baş verən  macəralardan, müxtəlif mədəniyyətlərdən,  maraqlı incanlardan  bəhs edən  oxunaqlı  hekayələr,  şəkil və videolar axtarır.

Ödəniş: Standard çatdırılma bir yazı üçün 40$, orijinal hekayələr bir qədər çox əldə edə bilər.

Matador-azeuro-1

BootsnAll

Səyahət zamanı qənaət edən,ən yaxşı marşurutu seçən, bu mövzuda dəyərli məsləhət verməyi bacarırsınızsa-bu sayt sizin üçündür.

Ödəniş: bir yazı üçün 50$

Outpost Magazine  Jurnal dünyanın hər yerindən oxunaqlı hekayələr və şəkillərin axtarışındadır.

Ödəniş: dəyişkəndir.

Wanderlust

Səyyahlara dəyərli məsləhətləri, gömrüklərlə bağlı hekayələri bu jurnala göndərə bilərsiz.

Ödəniş: 1000 söz 325$, lakin qiymət dəyişə də bilər.

 AFAR

Turizm jurnalları marşurutdan, biletlərdən ətraflı  yazdığı halda “AFAR” müxtəlif ölkələrin insanları, mədəniyyəti,adət-ənənələri haqqında məlumat verir.

Ödəniş: dəyişkəndir.

usaq-azeuro-1

GoNOMAD

Bu jurnal isə heç bir bəzək-düzək, reklam  olmadan,sadəcə səyahət haqqında şəxsi təəssüratlarınızı  gözləyir.

Ödəniş:bir yazı üçün 25$

The Wayward Post

Nəşr ayrı-ayrı məqalələrlə yanaşı,onlarla  daimi işləməyə razı olan səyyahlar da axtarır. Hər cür şəkillər,məsləhətlər qəbul edilir.

Ödəniş:qiymət təcrübəyə görə dəyişir.

Travel + Leisure Magazine

Tanınmış internet-nəşr səyahətlər haqqında maraqlı hekayələr gözləyir.

Ödəniş: dəyişkəndir.

Canadian Geographic Magazine

Bu jurnalda Kanada haqqında maraqlı xəbərlər yerləşdirilir.

Ödəniş: dəyişkəndir.

qar-azeuro-1

Delta Sky Magazine

Jurnalı eyniadlı aviakompaniya təsis edir və müxtəlif ölkələrin yaşam tərzi, biznes əlaqələri haqqında materiallar dərc edir.

Ödəniş: dəyişkəndir.

DesertUSA Magazine

Jurnal səhra həvəskarları üçündür. Şəkillər xüsusi ilə qiymətləndirilir.

Ödəniş: şəkillə birlikdə hər məqalə 50-100$

Escapees Magazine

Daha bir layihə-öz avtomobili ilə səyahət etmək istəyənlər üçün.Əgər sizin şəxsi furqonunuz varsa  səyahətiniz daha maraqlı anlarını yaxalaya bilərsiz.

Ödəniş: hər yazıya görə 150$

masin-azeuro-1

Hana Hou! Magazine

“Hana Hou!” Havay adaları, insanlarının həyatı, mədəniyyəti haqqında yeni materiallar gözləyir.

Ödəniş: hər sözə görə 40 sent

Pathfinders Travel

Bu jurnal turizm haqqında yeni ideya və hekayələr axtarır.

Ödəniş:   150$.

Trailer Life Magazine

Bu jurnal da şəxsi nəqliyyatı ilə səyahət edənlərdən bəhs edir. Fotoreportajlara xüsusi yer verilir.

Ödəniş: məqalə 100$, şəkillərlə birlikdə isə 700$-a qədər.

Los Angeles Times Travel

“Los Angeles Times” jurnalının səyahət bölməsində səfəriniz haqqında ətraflı məqalə yerləşdirə bilərsiniz. Əgər sizin səfər haqqında təsirli fotoreportajlarınız varsa, bu tanınmış jurnalda dərc etdirə bilərsiniz.

meymun-azeuro-1