Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mardın avtomobili Bakıda qəzaya düşüb.

Məlumata görə, hadisə ötən gün axşam “Fairmont Baku” otelinin qarşısında baş verib.

Bakıda keçirilən Ukraynanın müstəqilliyinin 25 illiyinə həsr olunan rəsmi mərasimdə iştirak etmək üçün Malena Mard ötən gün axşam otelə gəlib. Bu zaman onun “BMW 7-series” model xidməti avtomobili naməlum şəxsin idarə etdiyi avtomobil tərəfindən vurulub. Daha sonra avtomobili vuran şəxs saxlamadan hadisə yerindən qaçıb.

Qeyd edək ki, hadisə baş verən zaman xanım səfir avtomobildə olmayıb.