Suraxanı rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 76 yaşlı Zaman Mədət oğlu Quliyevi maşın vurub. Piyada ağır xəsarətlər alıb. O, hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib.

Həkimlərin səyinə baxmayaraq Zaman Quliyevin həyatı xilas etmək mümkün olmayıb. Hadisə yerində polis əməkdaşları gəliblər. Müayinələr aparıb və müvafiq ekspertizalar təyin edilib.

Polisdən verilən məlumata görə, sürücü saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

suraxai-azeuro-1