Twitter mikrobloqunun satışı ilə bağlı danışıqlar cari ay ərzində başa çata bilər.

Bununla bağlı Reuters agentliyi öz mənbələrinə istinadla məlumat yayıb. Xəbərə görə, Twitter öz alıcılarına danışıqları oktyabrın 27-dək, şirkətin 3-cü rüb üçün maliyyə hesabatı təqdim olunacaq vaxta qədər başa çatacağını bildirib. Sosial şəbəkənin mümkün alıcıları arasında proqram təminatları hazırlayan Saleforce şirkəti, Disney korporasiyası və Google-un sahibi Alphabet şirkəti var. Bir müddət əvvəl Microsoft, Apple və 21st Century Fox şirkətlərinin də Twitter- almaq istədikləri ilə bağlı məlumat yayılmışdı.

Twitter-in satışı məsələsi şirkətin direktorlar şurasının ötən ay keçirilən iclasında müzakirə olunub. Şura şirkətin icraçı direktoru Cek Dorsinin fəaliyyətindən narazılığını bildirib və onun təyinatından sonra sosial şəbəkədə nə maliyyə, nə də funksionallıq baxımından heç bir dəyişikliyin baş vermədiyini qeyd edib.