Sumqayıtda Qarabağ müharibəsi əlili özünə od vuraraq həyatına qəsd etmək istəyib.

AzEuroNews.com-un məlumatına görə, Qarabağ əlili Cəmil Məmmədov maşınının qanunsuz olaraq cərimə meydançasına aparılmasına etiraz olaraq özünü yandırıb.

C.Məmmədov ağır yanıq xəsarətləri ilə Bakıdakı 5 saylı xəstəxanaya gətirilib. Həkimlər dərhal ona müdaxilə ediblər.

Xəstəxanadan verilən məlumata görə, ağır yanıq xəsarətləri alan Qarabağ əlininin vəziyyəti ağırdır.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.