Ötən gün İstanbulda partlayış törətməkdə şübhəli bilinən şəxslər tutulub.

Məlumata görə, polis idarəsinin yaxınlığında baş vermiş partlayışla bağlı aparılan əməliyyat çərçivəsində 6 nəfər saxlanılıb.

Xatırladaq ki, motosikletə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 10 nəfər xəsarət almışdı.