Rusiya prezdenti Vladimir Putin doğum gününü yaxınları və dostları ilə birlikdə qeyd edəcək.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov Putinin ad günündə heç bir iş görməyəcəyini bəyan edib.

“Putinin oktyabrın 7-də görüşü planlaşdırılmayıb. Onun ad günü ilə əlaqədar bir sıra telefon danışıqları həyata keçirəcəyi gözlənilir. Danışıqlar regional və beynəlxalq məsələlər də müzakirə olunacaq. Liderlər bunu hər zaman edirlər. Telefon danışıqları zamanı gündəm yalnız ad günü təbriki ilə bitmir”,- deyə mətbuat xidmətinin rəhbəri bildirib.