Amerikanın Denver şəhəri qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyin tanıyıb.

Bununla bağlı verilən bəyannaməni şəhərin meri Maykl Henkok elan edib.

Sənəddə şəhər administrasiyası Ermənistana və işğal altındakı torpaqlarda yaradılan separatçı quruma dəstək verməkdə davam edəcəklərini deyib.

Bəyannamə yerli erməni diasporunun təsiri ilə qəbul olunub.

Xatırladaq ki, Denver şəhəri Kolorado ştatının ən böyük şəhəri  və inzibati mərkəzidir. Şəhər əhalisi ətraf ərazilərlə birlikdə 2,7 milyon nəfərə çatır.