Bakıda əvvəllər də məhkum olunmuş şəxs paytaxt sakinini soyub.

Sabunçu rayon Polis İdarəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə rayonun Yavər Əliyev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Arzu Əliyev paytaxt sakini 1976-cı il təvəllüdlü Namiq Qəhrəmanova zor tətbiq edərək onun 600 manat pulunu və mobil telefonunu alaraq hadisə yerini tərk edib.

Rayon polis idrəsindən saytımıza verilən məlumata görə, hazırda faktla bağlı əməliyyat-axtarış qrupu yaradılıb.

Cinayəti törədən keçmiş məhkumun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat keçirilir.