Bakıda 50 yaşlı kişini maşın vurub.

Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi rayon Yol Polisi Şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Murad Məmmədovu maşın vurub.

Yaralı təcili yardım maşını ilə xəstəxanaya çatırılıb.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Aparılan ilkin araşdırma nəticəsində hadisənin “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Çingiz Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib.

Hazırda sürücünün saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətinə iş aparılır.