SOCAR şirkətdə bol olan vakant yerlərə işçi qəbulu elan edib.

AzEuroNews SOCAR-a istinadən xəbər verir ki, neft şirkəti mühəndis, geoloq, texnik, usta, keyfiyyətə nəzarət sistemi, standartlaşdırma və metroloji təminat şöbəsinin rəisi, əməyin gigiyenası üzrə sanitar həkim və s. vakansiyalar üzrə işçi axtarır.

Məlumata görə, vakant yerlərin əmək haqları 500-2000 manat arasında dəyişir.

Vakansiyalar üzrə son müraciət tarixi 10-15 oktyabrdır. Vakansiyalar ilə bağlı daha ətraflı məlumatı https://careers.socar.az/ linkdən əldə etmək olar.