Texnoligiya nəhəngi “Samsung” partlama və yanma hallarının baş verdiyi “Galaxy Note 7” telefonları ilə bağlı yeni qərar verib.

Bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb. Şirkətin nümayəndəsi “Note 7”lərin dəyişdiriləməsindən sonra da sözügedən halların qeydə alındığını bildirib. Bu səbəbdən “Galaxy Note 7” modelinin istehsalı müvəqqəti dayandırılıb.

Qeyd edək ki, şirkət daha əvvəl 2.5 milyon telefonu dəyişdirmişdi.