Müğənni Ramal İsrafilov “Düşünürəm” adlı yeni mahnısını təqdim edib.

Məlumata görə, bəstənin müəllifi ifaçının özüdür. Mahnının aranjiman işləri Givi Usenaşviliyə həvalə olunub.

R.İsrafilov mahnı ilə bağlı təəssüratlarını bölüşüb:

“Sənətimlə bağlı yazdığım mahnını sevənlərimə təqdim edirəm. Hər zaman izləyicilərim üçün gözəl nəğmələr yazmağı düşünürəm. İnşallah, bu da xeyirli-uğurlu mahnılardan biri olar”.