Samuxda ölümlə nəricələnən qəza baş verib.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb. 36 yaşlı Əli Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcına vurub. Baş verən ağır qəza zamanı sürücü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.