Səbail rayonu ərazisində quldurluq əməli törədilib.

Rayon polis idarəsindən AzEuroNews.com-a verilən məlumata görə, Salyan yolu küçəsi ev 47-nin qarşısında, 2 nəfər şəxs, həmin evdə yaşayan 77 yaşlı Anatoli Zeynalovu döyüblər.

Daha sonra ahıl kişinin 1000 dollar və 3800 manat pulunu alaraq hadisə yerini tərk ediblər.

Əməliyyat-axtarış tədbirləri ilə ahıl kişiyə qarşı quldurluq edən Gəncə şəhər sakini Heydər Zeynalov və Bakı şəhər sakini Emin Hümbətov tutulublar.

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.