Lənkəranda əhaliyə məxsus iri buynuzlu mal-qaranı oğurlamaqla onlara maddi ziyan vuran şəxslər yaxalanıb.

Rayon polis şöbəsindən AzEuroNews.com-a verilən məlumata görə, rayon sakinləri Əlisa Əliyevə, Nargilə Rüstəmovaya, Şahin Şükürova, Zaur Nəcəfova, İlyas Məmmədova və Yaqub Axundova məxsus ümumilikdə 16 baş iri buynuzlu mal-qara oğurlanıb.

Rayon polis şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında dərhal əməliyyat keçirib.

Çox keçməyib ki, oğurluqda şübhəli bilinən Masallı rayon sakinləri Anar Qarabalayev və Rövşən Atakişiyev tutulub. Polis şöbəsində gətirilən  şəxslərin  bu ilin sentyabrın 24-də Balıqçılar qəsəbə sakini Əli Əsədullayevə məxsus 1 baş inəyi də oğurlamaları müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.